“Barselona”nın qapıçısı Fransa klubuna keçə bilər

“Barselona”nın qapıçısı İnyaki Penya karyerasını PSJ-də davam etdirə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, PSJ ispaniyalı qolkiperi yaxın vaxtlarda komandanı tərk edəcəyi deyilən Canluici Donnarummanın əvəzedicisi kimi görür.

Penya bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 22 oyun keçirib, 25 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Daha əvvəl 26 yaşlı futbolçunun kataloniyalıların baş məşqçisi Hans-Diter Fliklə münasibətinin yaxşı olmaması ilə bağlı xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button