PSJ Donnarummanı transferə çıxarmağa hazırlaşır

PSJ qapıçısı Canluici Donnarummanı transferə çıxarmağa hazırlaşır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, italiyalı qolkiper Paris təmsilçisinin UEFA superkuboku üçün iştirak ərizəsinə belə, daxil edilməyib.

Mətbuatda onun “Mançester Yunayted”ə keçidi ilə bağlı xəbərlər yayılsa da, hazırda bu transferin baş tutma ehtimalı çox aşağıdır.

“Aston Villa”nın Emiliano Martinesin transferinə razılıq verməməsindən sonra “qırmızı şeytanlar” yeni qapıçı axtarışını dayandırıb. Yalnız hazırda əsas qapıçı Andre Onananın komandadan ayrılması halında klub mövqeyini dəyişəcək.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının ilk turunda avqustun 17-də “Arsenal”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button