PSJ Xavini Bundesliqa klubuna icarəyə verdi
PSJ vaxtilə Niderlandın PSV klubuna satdığı Xavi Simonsu geri alıb.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi bunun üçün 6 milyon avrosundan keçib.
Lakin niderlandlı futbolçu PSJ-də qalmayacaq. O, gələn kimi bir mövsümlük Almaniya “Leyptsiq”inə icarəyə verilib. 20 yaşlı yarımmüdafiəçi 2024-cü ilin iyul ayında PSJ-yə qayıdacaq.
Simons ötən mövsüm PSV-də 48 oyunda 22 qol vurub. O, Niderland millisində də 4 matça çıxıb.
Yeri gəlmişkən, “Leyptsiq” sol cinah müdafiəçisi Marsel Halstenberqi də Almaniyanın digər klubu “Hannover”ə satıb. Bundesliqa təmsilçisi bu keçiddən 700 min avro qazanıb. Təcrübəli futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 31 yaşlı alman futbolçu 2015-ci ildən formasını geyindiyi “Leypsiq”də 240 oyunda 16 qol vurub.
Bizi Facebook-da izləyin