PSJ hücumçusunu icarəyə göndərə bilər
PSJ-nin hücumçusu Randal Kolo-Muani yanvardakı transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvardın karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantı var. Onunu xidmətində “Arsenal” və “Mançester Yunayted” maraqlıdır.
Parislilər 26 yaşlı futbolçunu sonradan almaq şərti ilə icarəyə verməyə hazırdırlar. O, Fransa çempionatının cari mövsümündə 10 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin