PSJ-nin Osimhen planı

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Fransa çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu ilə PSJ maraqlanır. Onunla müqavilə imzalansa, Randal Kolo Muani və ya Qonçalo Ramos Paris nəhənginin sıralarını tərk edə bilər. Komandanın baş məşqçisi Luis Enrike fransalı hücumçudan – Muanidən ayrılmağa daha çox meyllidir.

Daha əvvəl İtaliya klubunun 25 yaşlı forvardın satışından təqribən 130 milyon avro qazanacağını gözlədiyi bildirilirdi.

Osimhen İtaliya çempionatının ötən mövsümündə 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button