PSJ aparıcı futbolçusu ilə yeni müqavilə bağlayacaq

PSJ yarımmüdafiəçisi Fabian Ruislə yeni müqavilə imzalamağı planlaşdırır.

Hazırda 29 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Ancaq Paris klubunun rəhbərliyi ondan razıdır və əməkdaşlığı daha uzunmüddətli etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ ispaniyalı futbolçuya müddəti 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırdır.

Ruisə daha əvvəl “Yuventus”, “Atletiko” və “Betis” maraq göstərib. Bununla belə, onun özü də Parisdə xoşbəxtdir və klubda qalmaq istəyir. O, mövsümün əvvəlindən bəri Luis Enrikenin komandasında 7 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button