PSJ ona görə 40 milyon avro ödəyəcək
PSJ “Sportinq”dən müdafiəçi Nuno Mendeşi transfer etməkdə maraqlıdır.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu hazırda PSJ-də icarə əsasında çıxış edir. Paris klubu onun icarəsi üçün Portuqaliya təmsilçisinə 7 milyon avro ödəyib.
PSJ Mendeşin keçidini birdəfəlik həll etmək üçün “Sportinq”ə 40 milyon avro ödəməli olacaq.
Fransa klubu və Mendeş öz aralarında 5 illik müqaviləyə razılaşıb. Müqavilə mövsümün sonunda imzalanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin