Mərkəzi oyunda hərəyə 2 qol, 1 xal

Fransa Liqa 1-də 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək. Açılış oyununda “Marsel” “Strasburq”la üz-üzə gəlib. Marsel təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

Şənbə günü dörd görüş baş tutub. “Bordo” doğma meydanda “Anje”yə, “Reyms” “Nim”ə məğlub olub. “Genqam” – “Kan” matçında hesab açılmayıb. Çempionluğunu rəsmiləşdirən PSJ də “Nitsa” ilə ev oyununda heç-heçəyə razılaşıb.

“Lion” bu turda “Lill”i, “Monako” isə “Sent-Etyen”i qəbul edib. Hər iki oyun məhsuldar alınıb. Lionda qalib müəyyənləşməyibsə, Monakoda qonaqlar qələbəyə seviniblər.

Fransa Liqa 1, 35-ci tur

3 may

Strasburq – Marsel 1:1
Qol
: Lala, 65 – Jerman, 47.

4 may

PSJ – Nitsa 1:1
Qol
: Neymar, 60-pen – Qanaqo, 46.

Bordo – Anje 0:1
Qol
: Bahoken, 40.

Genqam – Kan 0:0

Reyms – Nim 0:3
Qol
: Ferri, 26. Ripar, 43. Bonaqa, 46.

5 may

Monpelye – Amyen 1:1
Qol
: Molle, 81 – Mendoza, 66.

Nant – Dijon 3:0
Qol
: A.Ture, 51. Kulibali, 74-pen. Ronje, 80.

Tuluza – Renn 2:2
Qol
: C.Durmaz, 40-pen. Dossevi, 51 – Nyanq, 35. Sarr, 58-pen.

Monako – Sent-Etyen 2:3
Qol
: J.Martins, 18. Vinisius, 90 – B.Ture, 59. Kabelya, 71. Nordin, 80.

Lion – Lill 2:2
Qol
: Terrye, 11. Dubois, 74 – Remi, 50. Sumare, 68.

Bombardir: Kilian Mbappe (PSJ) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button