PSJ-nin əsas hədəflərindən biri 19 yaşlı futbolçudur

PSJ “Renn”in 19 yaşlı vingeri Desir Doayi ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun sahibi Nasser Əl Xələfi və idman direktoru Luis Kampos fransalı futbolçu ilə görüşüb. PSJ-nin bu yay əsas transfer hədəflərindən biri Doayidir.

55 milyon avro təklif edən “Bayern” də Doayini almaqda maraqlıdır.

19 yaşlı vinger “Renn”in yetirməsidir və gənclərdən əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Doayi ötən mövsüm 43 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button