
PSJ-nin zədəliləri qayıtdı
PSJ-nin zədəli futbolçuları Kilian Mbappe və Mauro İkardi sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki hücumçu PSJ-nin Liqa 1-in 8-ci turunda “Bordo” ilə qarşılaşacağı oyunun heyətinə daxil edilib.
Mbappe avqustun 25-dən, İkardi isə sentyabrın 19-dan zədəli idi.
“Bordo” – PSJ matçı bu gün, saat 19:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin