Özü PSJ-də, gözü “Real”da

PSJ-nin yeni transferi Əşrəf Hakiminin meneceri Alexandro Kamano açıqlama verib.

Komanda.az xəbər verir ki, Kamano, 22 yaşlı müdafiəçinin arzusunun “Real”a qayıtmaq olduğunu bildirib:

“Hakimi Madriddə anadan olub. “Real” onun keçmiş klubudur. Hədəfi yenidən ora qayıtmaqdır. O, bunun xəyalını qurur”.

“Real”ın yetirməsi olan Hakimi 2018-ci ilə qədər bu klubda çıxış edib. Mərakeşli futbolçu 2018-2020-ci illərdə Dortmund “Borussiya”sında, 2020/21 mövsümündə isə İtaliya “İnter”ində çıxış edib. Hakimi bir müddət əvvəl 70 milyon avro qarşılığında PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button