Yeni tələb: Koutinyo, Semedo+50 milyon avro

Fransanın PSJ klubu “Barselona”ya transfer olunmaq istəyən Neymar üçün şərtlərini müəyyənləşdirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl braziliyalı futbolçu üçün Kataloniya klubundan 300 milyon avro tələb edən Paris təmsilçisi, artıq yeni şərtlər müəyyənləşdirib. Klub Neymar üçün “Barselona”nın futbolçuları Filippe Koutinyo, Nelson Semedo+50 milyon avro tələb edib. “Barselona”nın bu şərtlərə necə reaksiya göstərəcəyi maraq doğurur.

Neymarın transfer məsələsi haqqında danışan “Barselona”nın baş məşqçisi Ernesto Valverde, bunları deyib:

“Neymar məsələsinin necə yekunlaşacağını görəcəyik. Klassik cavab budur ki, o, hazırda başqa komandada oynayır. Mən baş məşqçiyəm və sadəcə komandada olan futbolçular haqqında düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button