PSJ-yə Adam lazımdr
İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Adam Maruşiç karyerasını Fransada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu PSJ-nin hədəfindədir. Paris klubu, növbəti mövsüm üçün heyətini Maruşiçlə gücləndirmək niyyətindədir.
“Latsio” ilə müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulan futbolçu, cari mövsümdə iştirak etdiyi 10 oyunda 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin