PSJ-nin yarımfinaldakı rəqibi bəlli oldu
Futbol üzrə Fransa kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.
Komanda.az xəbər verir ki, 1/4 final mərhələsinin son görüşündə “Nant” səfərdə “Vitre” ilə qarşılaşıb.
Liqa 1 təmsilçisi aşağı liqa klubu ilə görüşdə inamlı qələbə qazanaraq, yarımfinala yüksəlib.
Qeyd edək ki, “Nant” yarımfinalda turnirin əsas favoriti PSJ ilə qarşılaşacaq.
Fransa Kuboku, 1/4 final
6 mart
Vitre – Nant 0:2
Qol: Boşilya, 25, Mançes, 44.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin