PSJ-nin sabiq futbolçusu La Liqa klubunda

PSJ-nin və Fransa millisinin sabiq üzvü Hatem Ben Arfanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İspaniyanın “Valyadolid” klubuna transfer olunub. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ben Arfa ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Karyerası ərzində “Lion”, “Marsel”, PSJ, “Nyukasl” kimi klublarda çıxış edən Arfa, 15 dəfə də Fransa millisinin formasını geyinib. Yarımmüdafiəçi 2019-cu ilin yayından işsiz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button