PSJ rəsmisi futbolçulara ultimatum verib

PSJ-nin idman direktoru Luis Kampos futbolçulara ultimatum verib.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, o, özünü sübut edə bilməyən oyunçuların yayda satılacağını deyib.

Ultimatumun verilməsinə baxmayaraq, klubu tərk etməyəcək futbolçuların adları açıqlanıb. Bunlar Canluici Donnaruma, Nuno Mendeş, Əşrəf Hakimi, Markinyos, Danilo Pereyra, Marko Verratti və Kilian Mbappedir.

PSJ hazırda Fransa çempionatında 66 xalla birinci yerdədir.

Xatırladaq ki, paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının 1/8 finalında iki oyunun nəticəsinə əsasən, “Bayern”ə məğlub olub (0:1, 0:2) və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button