PSJ-nin təklifinə “yox” dedi – İngiltərədə oynamaq istəyir

Cari mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Dani Alveş klubunu dəyişə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi 36 yaşlı futbolçuya yeni – 1 illik müqavilə təklif edib. Amma Daninin bu təklifi qəbul etmədiyi, azı 2 illik müqavilə tələb etdiyi bildirilir.

Braziliyalı futbolçunun İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi və menecerinin bunun üçün danışıqlar apardığı deyilir.

2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, bu mövsüm iştirak etdiyi 30 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button