PSJ-nin təklifi “Mançester Yunayted”i qane etmir
“Mançester Yunayted”in vingeri Ceydon Sanço PSJ-yə keçmək fikrini bəyənsə də, “qırmızı şeytanlar”la danışıqlarda irəliləyiş olmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər ingiltərəli futbolçuya ildə təxminən 17 milyon avro ödəməyə hazırdır.
“Mançester Yunayted” Sançonun satışından daha çox qazanc əldə edəcəyini gözləyir. 24 yaşlı futbolçunun MY ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir və onun daha bir mövsüm avtomatik uzadılması variantı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin