PSJ-nin sabiq qapıçısı “Nitsa”ya keçir
PSJ-nin keçmiş qapıçısı Salvatore Siriqu “Nitsa” klubuna keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu 36 yaşlı qolkiperlə 2024-cü ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Siriqu 2022-ci ilin yayında “Cenoa”dan ayrılaraq “Napoli” ilə 1+1 illik müqavilə bağlamışdı. Amma o, Neapol təmsilçisində debüt şansı qazanmayıb. “Palermo”nun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Siriqu, sonralar “Kremoneze”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna”, “Torino” və “Cenoa”da da çıxış edib. O, İtaliya yığma komandasında 28 oyun keçirib.
“Nitsa” 4 turdan sonra 6 xal toplayıb və hazırda Fransa çempionatında səkkizinci yeri tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin