PSJ-nin sabiq futbolçusu Portuqaliya klubuna keçib
“Monako”nun və PSJ-nin keçmiş müdafiəçisi Layvin Kurzava Portuqaliyanın “Boavişta” klubuna keçib.
Komanda.az xəbər verir ki, tərəflər 6 ay müddətinə müqavilə imzalayıblar. 32 yaşlı futbolçu daha əvvəl 6 ay idi klubsuz qalmışdı.
Kurzava 2024-cü ilin yayında PSJ-dən ayrılmışdı. O, bu klubda demək olar ki, 9 il keçirib.
“Boavişta” Portuqaliya çempionatlnda mütləq autsayderlərdəndir. Komanda cəmi 12 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin