PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu

Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Kristof Jalle karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, cinah müdafiəçisi 37 yaşında futbolla vidalaşıb.

Fransalı oyunçu son olaraq “Amyen”də çıxış edib. Aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və komanda aşağı liqaya düşüb.

Qeyd edək ki, Kristof Jalle 2012/13 və 2013/14 mövsümündə PSJ ilə ölkə çempionu olub. Mudafiəçi 2012-2017-ci illərdə Fransa yığmasının formasını geyinib. O, PSJ və “Amyen”dən başqa “Nyor”, “Loryan”, “Olimpik” (Lion) və “Nitsa”nın da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button