PSJ-nin sabiq baş məşqçisinin oğlu polislər tərəfindən saxlanılıb
PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltenin övladlığa götürdüyü oğlu Con Valoviç-Qalte qeyri-qanuni agentlik fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə Fransa polisi tərəfindən nəzarətə götürülüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ilkin istintaq çərçivəsində Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları 6 nəfəri saxlayıb. İş Nitsa prokurorluğunun nəzarəti altındadır. Hazırda şübhəlilərin və bu işdə iştirak edən şəxslərin evlərində axtarışlar aparılır. Qaltenin oğlu bir neçə saatdır ki, polis idarəsindədir.
Qətərin “Əl-Duhail” komandasının hazırkı baş məşqçisi Kristof Qalte bu ilin iyulunda PSJ-ni tərk edib. Parislilər onun rəhbərliyi altında Fransa çempionu və ölkə superkubokunun qalibi olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin