PSJ-nin sabiq baş məşqçisi işsiz qala bilər

PSJ-nin sabiq baş məşqçisi Kristof Qalte işsiz qala bilər.

Komanda.az “Footballnews”-a istinadən xəbər verir ki, “Əl-Duhail” rəhbərliyi komandanın nəticələrindən narazıdır və baş məşqçini dəyişmək barədə düşünür.

“Əl-Duhail” hazırda Qətər çempionatının turnir cədvəlində 6-cı yerdədir. Komanda artıq ölkə kubokundan və Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Əlcəzair millisinin sabiq baş məşqçisi Camel Belmadinin Qalteni əvəzləyəcəyi gözlənilir. 57 yaşlı fransalı mütəxəssis “Əl-Duhail”in “sükanı arxasına” ötən ilin oktyabrında keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button