
Ukrayna millisinin üzvü PSJ-yə keçə bilər
Ukrayna millisinin və “Real”ın qapıçısı Andrey Lunin karyerasını Fransada davam etdirə bilər.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, ukraynalı qolkiper PSJ-nin maraq dairəsinə düşüb. Lunin “Real”da belçikalı Tibo Kurtuanın kölgəsində qalmaq istəmir və komandasını dəyişməyi düşünür.
Luninin transfer dəyəri 25 milyon avro qiymətləndirilir və onun “Real”la müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin