PSJ “Bayer”in müdafiəçisini “qaralayıb”

“Bayer”də çıxış edən müdafiəçi Edmond Tapsoba Fransa çempionatına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ 24 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Paytaxt klubu mərkəz müdafiəçi mövqeyində Leni Yoroya alternativ olaraq Edmondu nəzərdən keçirir. Hazırda futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir və onun “Bayer”lə hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.

Burkina-fasolu müdafiəçi leverkuzenlilərin heyətində 183 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button