PSJ-nin qurtulmaq istədiyi futbolçu
PSJ-nin yarımmüdafiəçisi Danilo Pereyra tezliklə “Əl-İttihad”ın sıralarına qoşula bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Pereyranın transferi ilə bağlı danışıqlarda irəliləyir.
Portuqaliyalı futbolçu komandanın baş məşqçisi Luis Enrikenin planlarına daxil deyil. Bu səbəbdən, rəhbərlik Səudiyyə Ərəbistanında transfer pəncərəsi açıq olduğu bir vaxtda 32 yaşlı yarımmüdafiəçidən xilas olmaq istəyir.
Pereyra həm də, mərkəz müdafiəçisi kimi oynamağa qadirdir. Lakin o, matçların çoxunu yarımmüdafiədə keçirib. Futbolçu əvvəllər “Portu”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin