
PSJ-nin qapıçısına 2 oyunluq cəza
Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi PSJ-nin qapıçısı Canluici Donnarummanı iki oyunluq cəzalandırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı qolkiper Fransa çempionatının 14-cü turunda “Havr”la matçda (2:0) birbaşa qırmızı vərəqə alıb.
Donnarumma Liqa 1-də “Nant” (9 dekabr) və “Lill”lə (17 dekabr) matçları buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin