Donnarummanın əli-qolu bağlandı, evi qarət olundu

PSJ-nin qapıçısı Canluici Donnarumma oğurluğun qurbanı olub.

Komanda.az “Actu17”-yə istinadən xəbər verir ki, Parisdə 24 yaşlı futbolçunun evinə bir neçə kişi girərək, qapıları sındırıb. Donnarumma və həyat yoldaşının əl-qolu bağlanılıb.

Zərər 500 min avro dəyərində qiymətləndirilir. Futbolçu və həyat yoldaşı evin yaxınlığındakı otelə yerləşib. Daha sonra onlar xəstəxanaya aparılıblar.

Cinayəti Parisin banda əleyhinə briqadası araşdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button