
Atdan yıxılıb zədələnən futbolçu məşqlərə başlayır
PSJ-nin qapıçısı Serxio Riko yenidən futbola qayıdacaq.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper tezliklə komanda ilə məşqlərə başlayacaq.
Riko 2023-cü ilin mayında atdan yıxılıb, ciddi kəllə-beyin zədəsi alıb və beyin qanaması keçirib. 30 yaşlı futbolçu 82 gün xəstəxanada qalıb. O, avqustun 18-də xəstəxanadan buraxılıb.
Riko 2019-cu ildən PSJ-də oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin