
“Navasla problemim yoxdur” – Donnarumma
PSJ-nin qapıçısı Canluici Donnarumma açıqlama verib.
Komanda.az xəbər verir ki, italyan qapıçı, komanda yoldaşı Keylor Navasla probleminin olmadığını deyib:
“Uyğunlaşma mərhələsində çətinliklərin olması normaldır. PSJ-yə istəyərək gəlmişəm və komanda yoldaşlarımla problemim yoxdur. Navasla problemim yoxdur. İnanıram ki, hər şey qaydasına düşəcək və möhtəşəm olacaq”.
Donnarumma PSJ ilə Liqa 1-də 3 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin