PSJ-nin prezidentinin evində axtarış aparılıb
PSJ-nin prezidenti Nasser Əl-Xələfinin evində axtarış aparılıb.
Komanda.az AFP-yə istinadən xəbər verir ki, bunun səbəbi “beIN Media Group” şirkətinin rəhbərinin adının Tayeb Benabderrahmananın oğurlanması, qanunsuz saxlanılması və işgəncələr tətbiq edilməsi üzrə aparılan istintaqla bağlıdır.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinə əlavə məlumatlara giriş etməklə bağlı icazə də verilib.
“RMC Sport” xəbər verir ki, Əl-Xələfinin evində axtarışlar aparıldığı üçün PSJ-nin yeni çalışdırıcısı Luis Enrikenin təqdimatı 3 saatlıq təxirə salınıb.
Liqa 1 klubu 2022/23 mövsümünü Fransa çempionu kimi başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin