PSJ-nin prezidenti: “Salahla heç vaxt transferi haqda danışmamışıq”
PSJ-nin prezidenti Nasser Əl-Xələfi, Paris klubunun misirli futbolçu Məhəmməd Salahla maraqlandığına dair şayiələr fonunda “Liverpul”un hücumçusu haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri Salaha heyran olduğunu deyib:
“Salaha heyranam, xüsusilə də, bizim bölgəmizdən olduğu üçün. Onun Premyer Liqada, xüsusilə də, “Liverpul”la etdiklərinə görə, onunla çox qürur duyuram. Ona və “Liverpul”a böyük hörmətim var. Buna görə də, onunla heç vaxt transferi haqda danışmamışıq”.
Əvvəllər mediada məlumat yayılmışdı ki, PSJ Salaha ildə təxminən 40 milyon avro ödəməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin