
PSJ-nin prezidenti “qızıl top” haqda: “Möhtəşəmdir”
PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Osman Dembelenin “qızıl top”un səsverməsindəki qələbəsini şərh edib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, mükafatın klub üçün tarixi hadisə olduğunu və komandanın kollektiv uğurunu əks etdirdiyini söyləyib:
“Bu, bizim üçün tarixi gündür. Möhtəşəmdir. Bu, kollektiv qələbədir. Bu, bizim fəlsəfəmizdir”.
Klub prezidenti, eyni zamanda, mərasimlə eyni vaxtda keçirilən “Marsel” – PSJ oyununda iştirak etmək istədiyini, lakin çətin olduğunu da bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



