PSJ prezidentinin klubda saxlamağa çalışdığı 3 futbolçu

PSJ-nin prezidenti Nasser Əl-Xələfi Lionel Messi, Kilian Mbappe və Serxio Ramos haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu oyunçuları klubda saxlamağa çalışdıqlarını deyib:

“Messini, Mbappeni və Ramosu heyətimizdə saxlamaq üçün çalışırıq. Nə etdiyimizi başa düşmək və edə biləcəyimiz işlərə əmin olmaq üçün hər şeyi nəzərdən keçirəcəyik. Səhv etməyəcəyik. Adlarını çəkdiyim üç futbolçu ilə yanaşı, gənc istedadlara da diqqət yetirməliyik”.

Messi 2021-ci ildən PSJ-də forma geyinir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Mbappenin paytaxt klubu ilə sözləşməsi 2025-ci ilə, ispaniyalı müdafiəçi Ramosun müqaviləsi isə cari mövsümün sonuna kimi qüvvədədir.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Mbappe cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində 33 oyuna çıxıb, 31 qol vurub və 8 məhsuldar ötürmə edibsə, İspaniya millisinin keçmiş üzvü Ramos 36 matçda forma geyinib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button