PSJ-nin prezidenti Messidən danışdı, “tarix yazacağıq” dedi

PSJ-nin prezidenti Nasser Əl Xələfi argentinalı hücumçu Lionel Messinin kluba keçidi ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin mətbuat xidmətinə danışan Xələfi, PSJ-nin belə heyətlə tarix yazacağını deyib:

“Messinin PSJ-yə keçməsinə görə çox xoşbəxtəm. Onu və ailəsini Parisdə qəbul etməkdən şadıq. Messi hər zaman inkişaf edir və titul qazanmaq istəyir. Onun hədəfi ilə klubun hədəfi eynidir. Messinin bura gəlişi klubumuzun uğurlarının göstəricisidir. PSJ möhtəşəm baş məşqçisi və heyəti ilə tarix yazacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button