PSJ-nin prezidenti nədən narazıdır?

PSJ rəhbərliyi komandanın Çempionlar Liqasının 1/8 finalında “Bayern”lə oyunundan narazıdır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl-Xələfi komandanın oyun tərzini bəyənməyib. PSJ-də hesab edirlər ki, komanda hücum xəttində özünü göstərə bilməyib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ evdə “Bayern”ə minimal hesabla uduzub (0:1).

“Bayern”lə PSJ arasında cavab oyunu martın 8-də, Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button