PSJ-nin prezidenti Messinin atası ilə görüşdü

Argentina millisinin futbolçusu Lionel Messi yayda PSJ-ni tərk etməyə bilər.

Komanda.az “Relovo” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Nasser Əl-Xələfi 35 yaşlı hücumçunun atası ilə görüşüb.

Görüşdə Messinin klubda daha bir mövsüm keçirməsi ilə bağlı şifahi razılıq əldə edilib. Eyni zamanda, Messiyə sabiq klubu “Barselona”dan rəsmi təklif gəlmədiyi bildirilib.

Messi DÇ-2022-nin qalibi olduqdan sonra daha bir dəfə UEFA Çempionlar Liqasını qazanmaq niyyətindədir.

Cənubi amerikalı futbolçunun PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button