“Əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik” – PSJ-nin prezidenti

PSJ-nin rəhbəri Nasser Əl-Xələfi 2023/24 mövsümü başa çatdıqdan sonra Paris klubunun əməkdaşları qarşısında çıxış edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, klub prezidenti komandalarında güclü əhval-ruhiyyə olduğunu bildirib:

“Biz həm meydanda, həm də meydandan kənarda əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Komandamızda güclü əhval-ruhiyyə var. Uğurumuz yaxşı əlaqələndirilmiş komanda işi sayəsindədir. İstəyirəm ki, biz vahid, bütöv bir mehriban ailə kimi işləməyə davam edək”.

İspaniyalı mütəxəssis Luis Enrikenin rəhbərliyi altında Paris təmsilçisi ötən mövsüm Liqa 1 çempionu və Fransa kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button