ÇL: “Biz təkcə PSJ-ni deyil, bütün Fransanı təmsil edəcəyik”

PSJ-nin prezidenti Nasser Əl-Xələfi Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə keçiriləcək oyun haqda danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın “Borussiya” ilə matçda dünyadakı bütün azarkeşlərini təmsil edəcəyini deyib:

“Sabah biz təkcə PSJ-ni deyil, bütün Fransanı, eləcə də dünyadakı bütün azarkeşlərimizi təmsil edəcəyik”.

Çempionlar Liqasının ilk yarımfinal matçında PSJ səfərdə “Borussiya”ya 0:1 hesabı ilə uduzub. Cavab oyunu mayın 7-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button