PSJ-nin prezidenti: “Biz razıyıq”
PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Dortmund “Borussiya”sı ilə heç-heçəsini (1:1) və komandanın turnirin pley-off mərhələsinə vəsiqə qazanmasını şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbəri komandanın çıxışından razı qaldığını deyib:
“Məqsədimiz qrupda birinci yeri tutmaq idi. Amma nə yaxşı ki, ümumiyyətlə, pley-offa yüksələ bildik. Xüsusilə də, “Milan” və “Nyukasl”a qarşı çox çətin matçlar oldu. Düşünürəm ki, bu gün qələbəyə layiq idik. Qrupun nə qədər çətin olduğunu nəzərə alsaq, 1/8 finala yüksəldiyimiz üçün xoşbəxtik. Biz razıyıq”.
PSJ 6 oyundan sonra 8 xalla F qrupunda ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin