PSJ-nin prezidenti bəraət aldı – növbəti dəfə

PSJ-nin prezidenti Nasser Əl Xələfi İsveçrə məhkəməsi tərəfindən növbəti dəfə bəraət alıb.

Komanda.az xəbər verir ki, qətərli iş adamı korrupsiyada ittiham olunurdu. Əl Xələfi həmçinin, FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə Sardiniyadakı bir evdən pulsuz istifadə etmək icazəsi verdiyi üçün qanunsuzluqda günahlandırılırdı. Həmin mənzil 2013-cü ildə Qətər şirkəti tərəfindən alınıb. PSJ-nin prezidentinin vəkili Mark Bonnan məsələ ilə bağlı bunu deyib:

“Son illər ərzində edilən böhtan xarakterli ittihamların əsassız olduğu ikinci dəfə ortaya çıxdı”.

Jerom Valke Əl Xələfi ilə əlaqəsi olmayan ayrı-ayrı ittihamlarla məhkum edilib. İsveçrənin federal cinayət məhkəməsi fransalı funksioneri sənədləri dəfələrlə saxtalaşdırmaqda və passiv korrupsiyada təqsirli bilib. O, FİFA-nın baş katibi vəzifəsindən 2015-ci ildə istefa verib.
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button