PSJ-nin prezidenti: “Əlimdə olsaydı, kuboku Messi və Mbappeyə verərdim”

PSJ-nin prezidenti Nasser Əl-Xələfi dünya çempionatının finalında Argentina – Fransa matçından gözləntilərini bölüşüb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri PSJ-də forma geyinən Lionel Messi və Kilian Mbappe haqda fikirlərini bildirib:

“Dünya çempionatının finalını səbirsizliklə gözləyirəm. Bu matçı izləmək əsl zövq olacaq. Ümid edirəm ki, Fransa dünya çempionu olacaq. Bununla belə, Argentina millisi və Messi də yaxşı turnir keçirib. Əlimdə olsaydı, kuboku Messi və Mbappeyə verərdim”.

Argentina – Fransa matçı bu gün, saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button