PSJ-nin paltardəyişmə otağında dava olub

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçının sonunda “Barselona” və PSJ futbolçuları arasında əlbəyaxa dava olub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, mübahisənin katalizatoru PSJ-nin hücumçusu Kilian Mbappe olub.

Matçdan sonra Mbappe qışqıraraq belə deyib: “Bu, futboldur, meydanda danışmaq lazımdır”.

“Barselona”lı futbolçular Mbappenin arxasınca paltardəyişmə otağına daxil olub və orada məsələni həll etməyə başlayıblar. Münaqişəyə PSJ-nin digər futbolçuları da müdaxilə edib.

Oyun PSJ-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Mbappe dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button