PSJ-nin müdafiəçisi mövsümü erkən bitirdi
PSJ Fransa çempionatının 33-cü turunda “Loryan”la qarşılaşıb (1:3).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matçda meydan sahiblərinin müdafiəçisi Nuno Mendeş zədələnib. Nəticədə, o, cari mövsümü erkən bitirib.
Çərşənbə günü paytaxt təmsilçisi futbolçunun tibbi müayinəsi ilə bağlı açıqlama verib:
“Loryan”la matçda bud nahiyəsindən zədə alan Mendeş mövsümün sonuna kimi mübarizə apara bilməyəcək”.
Paris klubu hazırda Liqa 1-in turnir cədvəlində 75 xalla birincidir. 34-cü turda onlar “Trua” ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin