
PSJ-nin müdafiəçisi “Benfika”ya keçir
“Benfika” PSJ-nin müdafiəçisi Xuan Bernatı transfer etməyə yaxındır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı ispan futbolçu icarə əsasında Lissabon klubuna keçəcək.
Bernatın PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, parislilərin heyətində 128 oyun keçirib, 8 qol vurub və 15 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin