
PSJ-dən inamlı qələbə
Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış oyununda “Nitsa” və “Renn” komandaları qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qolla 1 xala sahib çıxıblar.
Şənbə günü altı qarşılaşma baş tutub. “Marsel” “Anje” ilə ev oyununda qolsuz heç-heçəyə razılaşıb. “Monako” doğma meydanda “Strasburq”a, “Reyms” “Mets”ə uduzub. “Brest” “Amyen”i, “Monpelye” “Dijon”u, “Sent-Etyen” isə “Nim”i məğlub yola salıb.
Sonuncu oyun günündə üç görüş baş tutub. “Lion” doğma meydanda “Tuluza”nı darmadağın edib. “Nant” evdə “Bordo”ya minimal hesabla uduzub. Səfərdə “Lill” ilə üz-üzə gələn lider PSJ isə inamlı qələbəyə sevinib.
Fransa Liqa 1, 21-ci tur
24 yanvar
Nitsa – Renn 1:1
Qol: Dolberq, 47 – Tait, 81.
25 yanvar
Marsel – Anje 0:0
Brest – Amyen 2:1
Qol: Mendi, 51. Kardona, 83 – Jirassi, 58-pen.
Monako – Strasburq 1:3
Qol: Yovetiç, 86 – Ayorke, 40. Tomasson, 66. Mitroviç, 74.
Monpelye – Dijon 2:1
Qol: Molle, 56. Delor, 63 – Balde, 76.
Reyms – Mets 0:1
Qol: Diallo, 3.
Sent-Etyen – Nim 2:1
Qol: Xazri, 3; 34 – Ferhat, 45.
26 yanvar
Lion – Tuluza 3:0
Qol: Korne, 29. Dembele, 71. Ekambi, 77.
Nant – Bordo 0:1
Qol: Briand, 86.
Lill – PSJ 0:2
Qol: Neymar, 28; 52-pen.

Bombardir: Vissam Ben Yedder (Monako) – 14 qol.
Bizi Facebook-da izləyin