PSJ-nin “Barselona”nın futbolçusu üçün planı: 270 milyon avro
Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olaraq (1:3) mübarizəni dayandıran PSJ, növbəti mövsüm üçün transfer planlarını hazırlayır.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin yay transfer dövrü üçün ilk hədəfi “Barselona”nın futbolçusu Filippe Koutinyodur. 26 yaşlı futbolçunun qış transfer dövründə Fransa klubunun təklifini rədd etdiyi, amma mövsümün sonunda danışıqlar masasına otura biləcəyi deyilir.
PSJ-nin braziliyalı vinger üçün 270 milyon avronu gözdən çıxardığı bildirilir.
Kataloniya klubu ilə 2023-cü ilədək müqaviləsi olan “sambaçı”, bu mövsüm iştirak etdiyi 38 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin