
PSJ Muanini satmağı planlaşdırır
PSJ bu yay hücumçu Randal Kolo-Muanini satmağı planlaşdırır.
26 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını “Yuventus”da icarə əsasında keçirib. Turin təmsilçisi onun çıxışından razı qalsa da, birdəfəlik transfer etmək imkanına malik deyil. Digər tərəfdən, icarə müddətinin uzadılması variantı PSJ üçün uyğun hesab edilmir.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Paris klubu Kolo Muani üçün İngiltərə Premyer Liqasından təkliflər gözləyir.
Mümkün namizədlər arasında “Mançester Yunayted”in adı çəkilsə də, hələlik konkret danışıqlar aparılmır.
“Transfermarkt” portalı fransalı futbolçunun cari bazar dəyərini 30 milyon avro qiymətləndirir. PSJ onu 2023-cü ildə Frankfurt “Ayntraxt”ından 95 milyon avroya transfer etmişdi.
Bizi Facebook-da izləyin



