PSJ-nin keçmiş futbolçusu vəfat edib

Kamerunlu futbolçu Modest Mbami vəfat edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin sabiq yarımmüdafiəçisi 40 yaşında ölüb.

Onun infarkt nəticəsində öldüyü bildirilir.

Mbami 2003-2006-cı illərdə PSJ-də çıxış edib və komanda ilə 2 dəfə Fransa kubokunu qazanıb. O, karyerası ərzində Fransanın “Sedan”, “Le Havre” və “Marsel”, İspaniyanın “Almeriya”, Çinin “Dalian Airbin” və “Çançun Yatay”, Səudiyyə Ərəbistanının “Əl-İttihad” və Kolumbiyanın “Millonarios” klublarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button