PSJ-nin keçmiş futbolçusu Premyer Liqa klubunda – rəsmi
“Tottenhem”in və PSJ-nin keçmiş müdafiəçisi Serj Orye “Nottingem Forest”ə keçib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi səhifəsində məlumat yayıb. Orye yeni klubuna azad agent kimi qoşulub.
Orye, yay transfer dövründə “Nottingem Forest”in sayca 22-ci transferidir. İngiltərədə transfer pəncərəsi sentyabrın 1-də bağlanıb, lakin klub futbolçunu iş vizası almaq şərti ilə, azad agent kimi qeydiyyatdan keçirə bilər.
Ötən mövsüm Orye “Vilyarreal”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə edə bilib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin